Marneulidə kriminal avtoritetin adı ilə pul tələb edən gənc oğlan saxlanılıb
15.01.2026 10:59
1597
Kriminal
A
Marneulidə kriminal avtoritetin adı ilə pul tələb edən gənc oğlan saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1994-cü il təvəllüdlü A.Q.-nu Marneulidə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs kriminal avtoritetin adından istifadə edərək kiçik bizneslə məşğul olan, 1967-ci il təvəllüdlü F.M.-dən onun və ailə üzvlərinin həyatına son qoymaq, həmçinin əmlakını məhv etmək hədələri ilə 4 000 ABŞ dolları tələb edib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində A.Q. hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin 'g' bəndi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0