Qida Təhlükəsizliyi Agentliyi marketlərdə yoxlamalara başlayıb
15.01.2026 13:13
343
Siyasət
A
Qida Təhlükəsizliyi Agentliyi marketlərdə yoxlamalara başlayıb

Qida Təhlükəsizliyi Agentliyinin Mçxeta–Mtianeti Regional Departamentinin müfəttişləri qış mövsümündə yüksək dağ kurortlarında fəaliyyət göstərən qida satış obyektlərində yoxlamalara başlayıblar.

Aktual.ge xəbər verir ki, yoxlamalar həm şəbəkə marketlərində, həm də kiçik ticarət obyektlərində aparılır.

Yoxlamalar zamanı məhsulların satış və saxlanma şərtləri, saxlama müddətləri, temperatur rejiminə riayət olunması, həmçinin istehlakçılara qida məhsulları barədə məlumatın düzgün təqdim edilməsi nəzarətdə saxlanılır. Etiketlərdə məhsulun adı, tərkibi (o cümlədən allergenlər), qida boyaları və digər əlavələr, çəkisi, saxlanma və istifadə şərtləri, istehsalçı və ya distribyutorun ünvanı, məhsulun mənşə ölkəsi, qida dəyəri, istehsal tarixi və partiya nömrəsi mütləq göstərilməlidir.

Qeyd olunub ki, il ərzində ölkə üzrə bütün qida satış obyektlərinin yoxlanılması planlaşdırılır. Turizm mövsümü nəzərə alınaraq, kurort zonalarında aparılan yoxlamalar xüsusi əhəmiyyət daşıyır. Bildirilir ki, ötən il Mçxeta–Mtianeti bölgəsində 512 obyektdə 1200-dən çox yoxlama aparılıb və 92 qanun pozuntusu aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

ŞƏRH YAZ
0