Ağır yol qəzası: Ölən və yaralanan var
15.01.2026 13:53
430
Hadisə
A
Ağır yol qəzası: Ölən və yaralanan var

Çxorotsqu bələdiyyəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı gənc ölüb, bir şəxs isə xəsarət alıb.

Aktual.ge xəbər verir ki, Zumis kəndi ərazisində minik avtomobilinin sürücüsü sükanı idarə edə bilməyib, yol kənarına çıxaraq ağaca çarpılıb.

Məlumata görə, hadisə nəticəsində avtomobildə olan gənc oğlan hadisə yerində dünyasını dəyişib. Xəsarət almış şəxs isə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin məlumatına görə, onun həyatı təhlükədə deyil.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Qurumun məlumatına görə, avtomobilin sürücüsü saxlanılıb.

ŞƏRH YAZ
7