SEPAH fövqaladə vəziyyətə keçdi
15.01.2026 14:22
512
Dünya
A
SEPAH fövqaladə vəziyyətə keçdi

İranda 2 min 615 nəfərin aksiyalarda həlak olduğu etirazlar davam edərkən, həm ABŞ Prezidenti Donald Trampın təhdidləri, həm də aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə yönləndirilməsi Tehran rəhbərliyini fövqaladə vəziyyətə gətirib.

Aktual.ge xarici medialara istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək hazırlıq rejiminə keçib.

SEPAH-ın Ordu komandiri Muhammed Kərəmi ölkənin dövlət mediasına verdiyi açıqlamada: “Hazırlıq səviyyəmiz mümkün olan ən yüksək həddədir. Silahlı qüvvələrimiz düşmənlərimizin edəcəyi istənilən səhvə qəti cavab verməyə hazırdır”.

İran Devrim Muhafızları teyakkuza geçti: Hazırlık seviyemiz en üst düzeyde

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan aksiyalar zamanı həyatını itirənlərin sayının 2 min 615-ə çatdığını açıqlayıb. İranda 28 dekabr 2025-ci ildə ölkənin yerli pul vahidinin xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbilə Tehran Böyük Bazarında satıcıların başladığı etirazlar ölkənin bir çox şəhərinə yayılmışdı.

İranın paytaxtı Tehranda 8 yanvar tarixində şiddətlənən etirazlar zamanı baş verən hadisələrdən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırmışdı. HRANA-nın məlumatına görə, etirazlar zamanı baş verən hadisələr nəticəsində 2 min 615 nəfər həyatını itirib. Ölkənin bir çox bölgəsində qeydə alınan hadisələrdə 2 min 54 nəfərin yaralandığı, 18 min 470 nəfərin isə saxlanıldığı iddia olunub.

İran Devrim Muhafızları teyakkuza geçti: Hazırlık seviyemiz en üst düzeyde

ŞƏRH YAZ
8