Marneulidə insident | Təcili tibbi yardım maşınının pəncərəsi sındırıldı
15.01.2026 17:01
1273
Siyasət
A
Marneulidə insident | Təcili tibbi yardım maşınının pəncərəsi sındırıldı

10 yanvar tarixində Marneuli bələdiyyəsinin Axılmahmudlu kəndində təcili tibbi yardım maşınının hadisə yerinə gec çatması səbəbindən insident baş verib.

Aktual.ge xəbər verir ki, hadisə zamanı briqadanın maşınına zərər yetirilib, pəncərəsi sındırılıb.

Məlumata görə, vəfat edən şəxsin yaxınları və təcili tibbi yardım maşının personalı arasında gərginlik yaranıb və nəticədə maşına zərər yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq açılıb. Həmin maddə əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

ŞƏRH YAZ
10