Dövlət Audit İdarəsinin 2026-cı il üzrə audit fəaliyyəti planına görə, qurum gələn il ölkənin birləşdirilmiş büdcəsinin 96 faizini əhatə edən ümumilikdə 47 auditin keçirilməsini nəzərdə tutur.
Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Audit İdarəsinin yaydığı rəsmi məlumatda bildirilib.
Plana əsasən, aparılacaq yoxlamalar çərçivəsində Marneuli və Qardabani bələdiyyələrinin də 2024–2025-ci illər üzrə fəaliyyəti araşdırılacaq.
Qeyd edək ki, 2025-ci ildə Audit Xidməti ümumilikdə 44 audit həyata keçirib və ölkənin birləşdirilmiş büdcəsinin əhatə səviyyəsi 95 faiz təşkil edib. Yeni plana əsasən, auditlərin sayının artırılması nəzərdə tutulur.
Daha dəqiq desək, bu il aşağıdakı 30 istiqamət üzrə uyğunluq auditlərinin aparılması planlaşdırılır:
- Avtomobil Yolları Departamenti;
- “Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti”;
- Bələdiyyə İnkişaf Fondu;
- İctimai Yayımçı;
- Gürcüstan Dövlət Elektrik Sistemi;
- Kənd İnkişafı Agentliyi;
- Bazar Nəzarəti Agentliyi;
- Ümumtəhsil müəssisələrinin infrastrukturunun inkişafı;
- Tibb müəssisələrinin reabilitasiyası və təchizatı üçün dövlət satınalmaları;
- Məcburi köçkünlərə və miqrantlara dəstək;
- ASC “Birləşmiş Enerji Sistemi – Sakrusenerqo”;
- Dəniz Nəqliyyatı Agentliyi;
- “İstehsal et Gürcüstanda” proqramı;
- MMC “Dövlət Qida Təminatı”;
- Publik Hüquqi Şəxs – Mühafizə Polisi Departamenti;
- Acara Muxtar Respublikasının əmlakının idarə olunması və sərəncam verilməsi;
- MMC “Batumi Su”;
- Keda bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Şuaxevi bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Xulo bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Abxaziya Muxtar Respublikasının Səhiyyə və Sosial Müdafiə Nazirliyində respublika büdcəsi ilə müəyyən edilmiş “Əhalinin sağlamlığının qorunması” prioriteti çərçivəsində proqramların (altproqramların) icrası və büdcə vəsaitlərinin xərclənməsi;
- Qeyri-kommersiya hüquqi şəxs “Abxaziya Muxtar Respublikasının İnformasiya-Analitik Mərkəzi” tərəfindən büdcə vəsaitlərinin xərclənməsi;
- Tbilisi bələdiyyəsinin mülkiyyətində olan daşınmaz əmlakın idarə olunması və sərəncam verilməsi;
- Qeyri-kommersiya hüquqi şəxs “Tbilisi İnkişaf Fondu”;
- Borjomi bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Qardabani bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Zuqdidi bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Marneuli bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Saqareco bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti;
- Tsxaltubo bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyəti.
Bildirilib ki, Audit Xidməti cari ildə 7 səmərəlilik auditinin keçirilməsini planlaşdırır ki, bu da ümumi audit fəaliyyətinin (47 audit) 15%-ni təşkil edir.
Qeyd olunub ki, səmərəlilik auditi müasir ictimai sektor auditinin növlərindən biridir və dövlət idarəçiliyində qənaətcilliyin, məhsuldarlığın və effektivliyin qiymətləndirilməsi üçün ən mühüm alətlərdən sayılır. Səmərəlilik auditi ödənilmiş vəsaitə uyğun faydanın əldə olunub-olunmadığını qiymətləndirməyi hədəfləyir. Bu audit növünün həyata keçirilməsi ictimai xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, büdcə vəsaitlərinə qənaət edilməsinə, onların məqsədyönlü və səmərəli istifadəsinə töhfə verir.
Məlumat üçün bildirək ki, 2024-2025-ci illərdə Marneuli bələdiyyəsinə Kənan Ömərov və mövcud "Sakrebulo" sədri Amiran Giorqadze rəhbərlik edirdi.