Kaxetidə kişi ov tüfəngi ilə yaralanıb, qanlı hesablaşma yanvarın 10-u Sığnaği bələdiyyəsində baş verib.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 10 yanvarında Sığnaği bələdiyyəsində qarşılıqlı mübahisə zəminində 1989-cu il təvəllüdlü G.L.-ni ov tüfəngindən atəş açaraq ağır sağlamlıq xəsarəti yetirib və hadisə yerindən qaçıb.
Bildirilib ki, bir neçə günlük axtarışdan sonra DİN-in Kaxeti Polis Departamentinin Sığnaği rayon idarəsinin əməkdaşları qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə 1990-cı il təvəllüdlü G.M.-ni saxlayıblar.
Yaralanmış kişi klinikaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir.
Qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.