Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu il də Davos İqtisadi Forumunda iştirak etməyəcək.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı yerli mətbuata Hökumət Administrasiyandan təsdiq edilib.
Bildirilib ki, İrakli Kobaxidze bu il də Davos forumuna dəvət olunmayıb.
Gürcüstanın Davos İqtisadi Forumunda son iştirakı 2024-cü ildə olub. Baş nazir vəzifəsindən ayrılmasına bir ay qalmış Davosda İrakli Qaribaşvili iştirak etmişdi.
Davos forumunda iştirakını artıq ABŞ prezidenti Donald Tramp da təsdiqləyib.
Dünya İqtisadi Forumunun (WEF) 56-cı illik toplantısı bu il Davosda 19–23 yanvar tarixlərində keçiriləcək və dünyanın hər yerindən hökumətlərin, biznesin və vətəndaş cəmiyyətinin aparıcı liderlərini bir araya gətirəcək. Bu ilki toplantının mövzusu “Dialoq ruhu”dur (A Spirit of Dialogue).