TikTok platformasında azyaşlıya qarşı seksual zorakılıq edən şəxs məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Aktual.ge xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən “Safari” təşkilatı məlumat yayıb.
Bildirilib ki, 14 yaşına çatmamış uşaqla qeyri-qanuni əməllər törədən şəxs məhkəmə tərəfindən təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs TikTok-da anonim hesabdan istifadə edib. “Safari” təşkilatının fəaliyyəti nəticəsində onun şəxsiyyəti müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən 21 may tarixində saxlanılıb.
Təşkilat vurğulayır ki, bu hadisə uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bir daha gündəmə gətirir və bu kimi cinayətlərin aşkarlanmasında ictimai təşkilatların rolunun mühüm olduğunu göstərir.