Bu gecə və sabah gün ərzində daha da intensiv yağıntı və güclü qar gözlənilir, sürücülərə, xüsusilə birləşdirilmiş ərazilərdə, qış təkərləri olmadan hərəkət etməmələri barədə çağırış etmək istəyirəm.
Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərlə müsahibəsində bildirib.
Yolun qardan təmizlənməsi işləri ilə yaxından tanış olan paytaxt merinin sözlərinə görə, şəhərdə bütün mərkəzi küçələr və ikinci dərəcəli yollar tam şəkildə təmizlənib.
“Biz müvafiq işlərin icrasına dünən axşam başlamışıq. Bələdiyyənin bütün aidiyyəti xidmətləri səfərbər olunub. 100-dən çox texnika cəlb edilib. Şəhərdə bütün mərkəzi küçə və prospektlər, eləcə də ikinci dərəcəli yollar tam təmizlənib. İctimai nəqliyyat heç bir ləngimə olmadan hərəkət edir.
Sürücülərə, xüsusilə birləşdirilmiş ərazilərdə, qış təkərləri olmadan hərəkət etməkdən çəkinmələrini tövsiyə edirəm. Bu, təhlükəsizlik baxımından problemlər yaradır. Həmçinin avtomobillərin yolda ilişib qalması mümkündür ki, bundan sonra texnikanın hərəkəti və texniki duzun səpilməsi çətinləşir”, - deyə Kaxa Kaladze qeyd edib.