Kateqoriyalar
18 yanvardan 20 yanvar səhərinədək Şərqi Gürcüstanda yağıntı, bəzi yerlərdə güclü qar, duman, çovğun, elektrik ötürücü xətlərin buz bağlaması, yollarda buzlaşma (sürüşkənlik), dağlıq rayonlarda isə uçqun təhlükəsi gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
"Güclü qar yağışı, görmə məsafəsinin azalması, çovğun, buzlaşma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən güclü yağıntılar təpəlik və dağlıq zonalarda sürüşmə proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - agentlik tərəfindən edilən xəbərdarlıqda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.