Gürcüstan Pravoslav Kilsəsi Vəftiz bayramını qeyd edir
19.01.2026 12:30
374
Din
A
Gürcüstan Pravoslav Kilsəsi Vəftiz bayramını qeyd edir

Bu gün Gürcüstan Pravoslav Kilsəsi Vəftiz bayramını qeyd edir.

Aktual.ge xəbər verir ki, bayram münasibətilə məbədlərdə ibadət və dualar mərasimi keçirilir.

Pravoslav inancına görə, bu gün məbədlərdə suyun müqəddəsləşdirilməsi mərasimi icra olunur, ayinin sonunda möminlər müqəddəs suyu evlərinə apara bilərlər.

Kilsə təliminə görə, müqəddəsləşdirilmiş suya Tanrı tərəfindən mübarək sayılan İordan çayının lütfü verilir və o, çürüməz xüsusiyyətlər qazanır. Möminlər bu suyu acqarına içə bilərlər, xüsusilə xəstəlik və çətinlik zamanlarında.

Qeyd edək ki, bu münasibətlə bu gün, 19 yanvar Gürcüstanda iş günü deyil - tətildir.

ŞƏRH YAZ
8