Müxalif lider yanvarın 23-ü həbsxanadan çıxır
19.01.2026 12:42
823
Siyasət
A
Müxalif lider yanvarın 23-ü həbsxanadan çıxır

“Strategiya Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze yanvarın 23-də Rustavidəki 12 saylı penitensiar müəssisəsini tərk edəcək.

Aktual.ge xəbər verir ki, Giorgi Vaşadzeyə parlamentin müvəqqəti istintaq komissiyasının tələbinə əməl etməməsi faktına görə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Məhz bu cəzanın müddəti onun üçün yanvarın 23-də başa çatır.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, Vaşadze həbsxanadan saat 08:00-da çıxacaq.

Məlumat üçün bildirək ki, “Strategiya Ağmaşenebeli”nin lideri Giorgi Vaşadze məhkəmə tərəfindən parlamentin müvəqqəti istintaq komissiyasının tələbinə əməl etməməkdə təqsirli bilinib. Hakim Nino Qalustaşvilinin qərarı ilə ona 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bununla yanaşı, 2 il müddətinə vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.

ŞƏRH YAZ
3