Marneuli şəhərinin meri Daur İsmayılov birinci müavini Giorqi Qodabrelidze ilə birlikdə Sioni və Tserakvi kəndlərində aparılan yolların təmizlənməsi işlərinin gedişatı ilə yerində tanış olub.
Aktual.ge xəbər verir ki, bu barədə Manreuli Meriyası məlumat yayıb.
Bildirilib ki, təmizlik işlərinə Meriyanın müvafiq xidmətləri və xüsusi texnika cəlb edilib. Yollar həm kəndlər daxilində, həm də kəndlərə giriş hissələrində Avtomobil Yolları Departamenti ilə əməkdaşlıq çərçivəsində təmizlənir.
"Marneuli bələdiyyəsinin Şaumyan, Ağqula, Sioni və Tserakvi kəndlərində avtomobil yolları artıq təmizlənib. Zərurət yarandıqda xüsusi texnika işləri intensiv rejimdə davam etdirəcək.
Marneuli Meriyası əhalini qış mövsümünə uyğun təkərlərlə təchiz olunmuş, texniki baxımdan etibarlı nəqliyyat vasitələrindən istifadə etməyə və yol hərəkəti qaydalarına riayət etməyə çağırır" , - qeyd olunub.

