Gürcüstandan ən çox pul köçürülən ölkələr | SİYAHI
20.01.2026 09:13
533
İqtisadiyyat
A
Gürcüstandan ən çox pul köçürülən ölkələr | SİYAHI

Gürcüstandan pul köçürmələri 17,5% artıb.

Aktual.ge xəbər verir ki, bu məlumat Milli Bankın statistikalarında öz əksini tapıb.

Məlumata görə, 2025-ci ilin dekabrında xaricə 40,848 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Ötən ilin analoji dövründə bu göstərici 34,760 milyon dollar idi.

2025-ci ilin dekabrında Gürcüstandan ən çox vəsait köçürülən ölkələrə gəlincə, birinci yerdə Türkiyədir – pul köçürmələrinin 17,8%-i bu ölkənin payına düşür. İlk üçlükdə həmçinin təxminən 16% payla Azərbaycan və 13% payla Rusiya Federasiyası yer alır.

Daha konkret desək, Milli Bankın statistikasına əsaslanaraq Aktual.ge 2025-ci ilin dekabrında Gürcüstandan ən çox vəsait köçürülən ölkələrin onluğunu təqdim edir:

Türkiyə – 7,256 mln lari

Azərbaycan – 6,497 mln lari

Rusiya Federasiyası – 5,107 mln lari

Ukrayna – 2,227 mln lari

Özbəkistan – 2,334 mln lari

Yunanıstan – 2,148 mln lari

Qazaxıstan – 1,555 mln lari

İtaliya – 1,333 mln lari

ABŞ – 1,242 mln lari

Almaniya – 1,202 mln lari

Qeyd edək ki, Milli Bankın statistikasına əsasən, 2025-ci ilin dekabrında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi də 8,4% artıb. Belə ki, ötən ay dünyanın müxtəlif ölkələrindən ümumilikdə 337,95 milyon ABŞ dolları məbləğində pul köçürülüb, ötən ilin analoji dövründə isə bu rəqəm 285,394 milyon dollar təşkil edib.

ŞƏRH YAZ
4