Quldurluq edən Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO
20.01.2026 12:38
582
Kriminal
A
Quldurluq edən Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları quldurluq ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü F.A.-nı saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə vətəndaşlardan birinin əl çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları F.A.-nı cinayəti törətdikdən qısa müddət sonra şübhəli şəxs qismində saxlayıblar. Maddi sübut kimi qanunsuz ələ keçirilmiş əl çantası götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0