Yanvarın 24-ə qədər gözlənilən hava şəraiti | RƏSMİ PROQNOZ
20.01.2026 14:10
1228
Maraqlı
A
Yanvarın 24-ə qədər gözlənilən hava şəraiti | RƏSMİ PROQNOZ

21–23 yanvar tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti barədə rəsmi proqnoz verilib.

Aktual.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyinin verdiyi proqnoza əsasən, 24 yanvaradək Gürcüstanda soyuq hava şəraiti davam edəcək.

Paytaxt Tbilisidə soyuq və əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gecə −2, −6°, gündüz isə +2, +6° olacaq.

Sahil bölgəsində:

Batumi, Kobuleti, Anaklia, Poti: 21 və 23 yanvar tarixlərində yağıntılı, 22 yanvarda isə yağıntısız hava gözlənilir. Havanın temperaturu gecə +1, +3°, gündüz isə +8, +10° olacaq.

Kartli bölgəsində:

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali: Soyuq və əsasən yağıntısız hava olacaq. Havanın temperaturu gecə −7, −12°, gündüz isə +1, +4° təşkil edəcək.

Kaxeti bölgəsində:

Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: Soyuq və əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gecə −5, −10°, gündüz isə +1, +4° olacaq.

ŞƏRH YAZ
4