22.01.2026 00:23
859
Maraqlı
A
"Türk Hava Yolları mən Vazianiyə uçmaq istəmirəm desə, nə edəcəyik?"

"Hökumət Vaziani hava limanını elan edəndə, əgər 'Türk Hava Yolları' mən Vazianiyə uçmaq istəmirəm desə, nə edəcəyik?!".

Aktual.ge xəbər verir ki, bu barədə "Air Georgia" və "HUB Georgia"nın təsisçisi Giorgi Kodua "Palitranews"un efirində Vaziani hava limanının tikintisi məsələsindən danışarkən deyib.

"Hava limanının bu qədər sərnişin daşıyacağı barədə danışılanda bir sualım var: hava limanının sərnişin daşımaq nə ixtiyarı var?! Sərnişini aviaşirkət daşıyır. Yəni hökumət Vaziani hava limanını anons edəndə və bizi Türkiyə ilə müqayisə edəndə ki, orada belə olub, orada aviaşirkətlə hökumət arasında sövdələşmə baş tutub, hava limanının bura nə dəxli var?! Əgər 'Türk Hava Yolları' mən Vazianiyə uçmaq istəmirəm desə, nə edəcəyik?! Sərnişin hava limanına məxsus deyil, hava limanı aviaşirkətləri cəlb etmək üçün çalışır, bir aviaşirkət isə 20 milyon sərnişin gətirə bilər...

Cənab baş nazirə məktub yazdım və ona izah etdim ki, 'hab' (Mərkəz - red.) nə deməkdir. Bu, hava limanının deyil, aviaşirkətin terminidir. Aeroport hab ola bilməz. Hab aviaşirkət olmalıdır və ona infrastrukturu yaradan hava limanı olmalıdır” , – deyə o qeyd edib.

Giorgi Kodua deyib ki, baş nazir ona əlaqə saxlayacağına söz verib və ümid edir ki, bu məsələ ilə bağlı ətraflı müzakirə aparacaqlar.

ŞƏRH YAZ
2