Yanvar ayında illik inflyasiya 4,8% təşkil edib | Ərzaq qrupunda qiymətlər 10,6% artıb
03.02.2026 17:37
202
İqtisadiyyat
A
Yanvar ayında illik inflyasiya 4,8% təşkil edib | Ərzaq qrupunda qiymətlər 10,6% artıb

2026-cı ilin yanvar ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiya səviyyəsi 1,2 faiz, illik inflyasiya səviyyəsi isə 4,8 faiz təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti ("Saksat") yayıb.

Baza inflyasiyaya gəlincə, “Sakstat”ın məlumatına görə, sözügedən göstərici 2026-cı ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz olub, tütün məhsulları nəzərə alınmadan hesablanan illik baza inflyasiyası isə 2,1 faiz müəyyən edilib.

Aylıq inflyasiya göstəricisinin formalaşmasına əsas təsir aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri göstərib:

Ərzaq məhsulları və alkoqolsuz içkilər:
Bu qrupda qiymətlər 2,9 faiz artıb ki, bu da aylıq inflyasiyaya 0,96 faiz bəndi təsir edib. Qiymət artımı aşağıdakı alt qruplarda qeydə alınıb: tərəvəz və bostan məhsulları (12,5 faiz), meyvə və üzüm (5,9 faiz), süd, pendir və yumurta (3,5 faiz), şəkər, mürəbbə və digər şirniyyatlar (2,8 faiz), qəhvə, çay və kakao (2,6 faiz), balıq məhsulları (1,8 faiz), yağlar və piylər (1,5 faiz), ət və ət məhsulları (1,4 faiz), çörək və çörək məhsulları (0,2 faiz). Bununla yanaşı, mineral və mənbə suları, alkoqolsuz içkilər və təbii şirələr üzrə qiymətlər 0,5 faiz azalıb.

Səhiyyə:
Bu qrupda qiymətlər 2,4 faiz artıb və ümumi inflyasiyaya 0,2 faiz bəndi təsir göstərib. Qiymət artımı tibbi məhsullar, avadanlıq və cihazlar (4,5 faiz), ambulator tibbi xidmətlər (0,1 faiz) alt qruplarında qeydə alınıb.

Müxtəlif mal və xidmətlər:
Bu qrupda qiymətlər 2,9 faiz artıb ki, bu da ümumi indeksə 0,15 faiz bəndi təsir edib. Artım əsasən sığorta (8,5 faiz), şəxsi əşyalar – digər kateqoriyalara daxil olmayan (3,5 faiz), maliyyə xidmətləri (2,6 faiz), şəxsi gigiyena (2,3 faiz) alt qruplarında müşahidə olunub.

Geyim və ayaqqabı:
Bu qrupda qiymətlər 4,3 faiz azalıb və aylıq inflyasiyaya -0,2 faiz bəndi təsir edib. Qiymətlər həm geyim (-4,8 faiz), həm də ayaqqabı (-3,4 faiz) alt qruplarında aşağı düşüb.

İllik inflyasiyanın formalaşmasına əsas təsir aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri göstərib:

Ərzaq məhsulları və alkoqolsuz içkilər:
Bu qrupda qiymətlər 10,6 faiz artıb və illik inflyasiyaya 3,55 faiz bəndi təsir edib. Qiymət artımı aşağıdakı alt qruplarda qeydə alınıb: balıq məhsulları (20,5 faiz), meyvə və üzüm (16,9 faiz), çörək və çörək məhsulları (14,3 faiz), şəkər, mürəbbə və digər şirniyyatlar (10,2 faiz), ət və ət məhsulları (9,7 faiz), qəhvə, çay və kakao (9,4 faiz), tərəvəz və bostan məhsulları (8,8 faiz), yağlar və piylər (8,7 faiz), süd, pendir və yumurta (8,6 faiz), mineral və mənbə suları, alkoqolsuz içkilər və təbii şirələr (6,8 faiz).

Səhiyyə:
Bu qrupda qiymətlər 8,3 faiz artıb və illik inflyasiyaya 0,68 faiz bəndi təsir edib. Qiymət artımı xəstəxana xidmətləri (9,0 faiz), tibbi məhsullar, avadanlıq və cihazlar (8,3 faiz), ambulator tibbi xidmətlər (7,7 faiz) alt qruplarında müşahidə olunub.

Müxtəlif mal və xidmətlər:
Bu qrupda qiymətlər 7,4 faiz artıb və ümumi indeksə 0,35 faiz bəndi təsir edib. Əsas artım şəxsi əşyalar – digər kateqoriyalara daxil olmayan (37,9 faiz), sığorta (8,5 faiz), şəxsi gigiyena (4,2 faiz) alt qruplarında qeydə alınıb.

Otellər, kafelər və restoranlar:
Bu qrupda qiymətlər 8,1 faiz artıb və illik inflyasiyaya 0,26 faiz bəndi təsir edib. Qiymətlər həm gecələmə xidmətləri (10,2 faiz), həm də ictimai iaşə xidmətləri (7,8 faiz) üzrə yüksəlib.

Alkoqollu içkilər və tütün:
Bu qrupda qiymətlər 3,5 faiz artıb və ümumi indeksə 0,23 faiz bəndi təsir edib. Sözügedən dövrdə qiymətlər əsasən tütün məmulatları üzrə (6,6 faiz) artıb.

ŞƏRH YAZ
6