Müharibənin ayaq səsləri | ABŞ İran PUA-sını vurdu...
04.02.2026 01:43
523
Dünya
A
Müharibənin ayaq səsləri | ABŞ İran PUA-sını vurdu...

ABŞ hərbçiləri Ərəbistan dənizində "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan İran pilotsuz uçuş aparatını vurublar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Ağ Evdən təsdiqləyiblər. 

Məlumata görə, "Shahed-139" tipli dronu aviadaşıyıcı istiqamətində hərəkət edib və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı tərəfindən məhv edilib.

İranın "Tasnim" xəbər agentliyi isə mənbəyə dayanaraq yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) PUA-sı bütün tapşırıqlarını uğurla yerinə yetirib və əlaqə kəsilməzdən əvvəl lazımi məlumatları ötürüb.

Bundan əlavə, “Voll Strit Jurnal”nın məlumatına görə, İran katerləri Hörmüz boğazında Amerika tankerini tutmağa cəhd edib. Sözügedən məlumatıda ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər.

ŞƏRH YAZ
3