Qiymət araşdırması | Parlamentdə yeni müvəqqəti komissiya fəaliyyətə başlayıb
04.02.2026 14:44
214
Siyasət
A
Qiymət araşdırması | Parlamentdə yeni müvəqqəti komissiya fəaliyyətə başlayıb

Parlamentin Bürosu ərzaq məhsulları, dərman vasitələri və yanacaq qiymətlərinin formalaşmasını araşdırmaq məqsədilə yaradılmış müvəqqəti parlament komissiyasının şəxsi tərkibini təsdiqləyib.

Aktual.ge xəbər verir ki, 14 üzvdən ibarət komissiyada 7 deputat “Gürcü Arzusu” fraksiyasını təmsil edəcək. Müvəqqəti parlament komissiyası üç ay müddətində fəaliyyət göstərəcək.

Ərzaq məhsulları, dərman vasitələri və yanacaq qiymətlərinin araşdırılması məqsədilə oxşar komissiya hökumət administrasiyasında da yaradılıb. Həmin komissiyaya Baş nazir İrakli Kobaxidze rəhbərlik edir. O bildirib ki, Gürcüstanda ərzaq məhsulları Avropa ilə müqayisədə daha bahadır və bu, yüksək qiymət əlavəsi və mənfəətlə bağlıdır. Bundan əlavə, istehlak qiymətlərinin öyrənilməsi üzrə Dövlət Təhlükəsizliyi Xidməti də fəaliyyətə başlayıb.

ŞƏRH YAZ
3