Rusiya qazının Avropaya ixracı yanvar ayında 10% artıb
04.02.2026 14:46
139
Siyasət
A
Rusiya qazının Avropaya ixracı yanvar ayında 10% artıb

Rusiyanın enerji nəhəngi Qazprom cari ilin yanvar ayında “Türk axını” boru kəməri vasitəsilə Avropaya qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% artırıb.

Aktual.ge xəbər verir ki , bu barədə məlumatı Reuters yayıb.

Agentliyin məlumatına görə, Ukraynanın 2025-ci ildə müddəti başa çatan beşillik tranzit sazişini uzatmamasından sonra “Türk axını” Rusiyanın Avropaya qaz tədarük etdiyi yeganə marşrut olaraq qalıb.

Reuters-in qeyd etdiyi kimi, yanvar ayında “Türk axını” vasitəsilə Avropaya nəql edilən Rusiya qazının həcmi 1,73 milyard kubmetr təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1,57 milyard kubmetr olub.

Ümumilikdə isə, 2025-ci ildə Ukrayna marşrutunun bağlanmasından sonra “Qazprom”un Avropaya qaz ixracı 44% azalaraq 1970-ci illərdən bəri ən aşağı səviyyəyə enib. Keçən il Avropaya ixrac olunan qazın həcmi 18 milyard kubmetr təşkil

“Reuters-in qeyd etdiyi kimi, yanvar ayında “Türk axını” vasitəsilə Avropaya nəql edilən Rusiya qazının həcmi 1,73 milyard kubmetr təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1,57 milyard kubmetr olub.

Ümumilikdə isə, 2025-ci ildə Ukrayna marşrutunun bağlanmasından sonra “Qazprom”un Avropaya qaz ixracı 44% azalaraq 1970-ci illərdən bəri ən aşağı səviyyəyə enib. Keçən il Avropaya ixrac olunan qazın həcmi 18 milyard kubmetr təşkil edib.

ŞƏRH YAZ
4