ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsi Avropa Komissiyasını 10 il ərzində senzura siyasəti aparmaqda ittiham edib
04.02.2026 15:09
163
Dünya
A
ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsi Avropa Komissiyasını 10 il ərzində senzura siyasəti aparmaqda ittiham edib

ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsi X platformasında yaydığı bəyanatda Avropa Komissiyasını son 10 il ərzində senzura siyasəti həyata keçirməkdə ittiham edib.

Komitənin qiymətləndirməsinə görə, Avropa Komissiyası son onillikdə siyasi rıçaqlardan məqsədyönlü şəkildə istifadə edərək sosial media platformalarına təzyiq göstərib və bunun nəticəsində informasiyanın yayılması məhdudlaşdırılıb. Bəyanatda, həmçinin, müxtəlif ölkələrdə seçki proseslərinə müdaxilə halları barədə də qeyd olunub.

Açıqlamada bildirilir ki, Avropa Komissiyası “10 illik hərtərəfli senzura kampaniyası” çərçivəsində sosial media platformalarına ABŞ-da doğru məlumatların yayılmasının qarşısını almaq üçün təzyiq göstərib, ABŞ siyasi məzmununu senzura hədəfinə çevirib və Avropa miqyasında keçirilən seçkilərə müdaxilə edib.

Komitənin bəyanatında vurğulanır ki, bu addımlar ifadə azadlığına və demokratik proseslərə ciddi zərbə vurur.

ŞƏRH YAZ
4