ABŞ ilə strateji tərəfdaşlığı yeniləmək istəyirik | Kobaxidze
04.02.2026 16:02
155
Siyasət
A
ABŞ ilə strateji tərəfdaşlığı yeniləmək istəyirik | Kobaxidze

 Baş nazir İrakli Kobaxidze bildirib ki, ölkəsi ABŞ ilə strateji tərəfdaşlığı yeni və konkret yol xəritəsi əsasında yeniləmək niyyətindədir.

Aktual.ge xəbər verir ki, Dubayda jurnalistlərə açıqlama verən hökumət başçısı qeyd edib ki, bu yanaşma Gürcüstan tərəfinin ABŞ-yə açıq əməkdaşlıq təklifidir.

Baş nazirə xarici işlər nazirinin müavini Laşa Darsalia ilə ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahan arasında Vaşinqtonda keçirilən görüşlə bağlı sual ünvanlanıb. Kobaxidze deyib ki, müzakirələr məhz strateji tərəfdaşlığın yenilənməsi mövzusuna həsr olunub:

"Biz strateji tərəfdaşlığı yeni səhifədən, konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Bu, bizim açıq şəkildə uzadılmış əlimizdir. Biz buna səbrlə cavab gözləyirik və ümid edirik ki, cavab olacaq. Bu, bizim nikbin gözləntimizdir. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini görəcəyik", - deyə Baş nazir bildirib.

ŞƏRH YAZ
3