Milli Ətraf Mühit Agentliyi 5–7 fevral tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Aktual.ge xəbər verir ki, 8 fevrala qədər Qərbi Gürcüstanda isti, əsasən yağıntısız və küləkli hava şəraiti gözlənilir. Şərqi Gürcüstanın ayrı-ayrı rayonlarında isə az yağıntı və duman müşahidə oluna bilər.
Məlumata görə, Tbilisidə az yağıntı və duman ehtimalı var. Havanın temperaturu gecə -1, +1, gündüz isə +8, +10 dərəcə təşkil edəcək.
Sahil bölgəsi:
Batumi, Kobuleti, Anakliya, Poti: hava əsasən yağıntısız olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +7, +9, gündüz +17, +19 dərəcə olacaq.
Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: bəzi yerlərdə az yağıntı və duman ola bilər. Havanın temperaturu gecə 0, -2, gündüz +10, +12 dərəcə olacaq.
Kaxeti bölgəsi:
Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: bəzi yerlərdə az yağıntı və duman ola bilər. Havanın temperaturu gecə -2, -4, gündüz +3, +8 dərəcə olacaq.