Rustavi və Qardabanidə çox sayda qeyri-qanuni pendir istehsalı müəssisəsi aşkarlanıb - FOTO
05.02.2026 11:28
594
Hadisə
A
Rustavi və Qardabanidə çox sayda qeyri-qanuni pendir istehsalı müəssisəsi aşkarlanıb - FOTO

Qida Təhlükəsizliyi üzrə Milli Agentliyin Kvemo Kartli Departamentinin müfəttişləri regionda dörd qeyri-qanuni pendir istehsalı müəssisəsi aşkarlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatdan keçmədən və Qida Təhlükəsizliyi üzrə Milli Agentliyin məcburi tanınması olmadan fəaliyyət göstəriblər.

Yoxlama zamanı müəssisələrdə sanitariya-gigiyena normalarının pozulduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb.

"Fərdi sahibkar G. B. (ünvan: Rustavi şəhəri, Mşenebelta küçəsi ərazisi) iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatdan keçmədən və agentliyin məcburi tanınması olmadan fəaliyyət göstərib. Eyni zamanda obyektdə sanitariya-gigiyena normalarının pozulması və ciddi uyğunsuzluqlar qeydə alınıb.

Həmçinin agentlik tərəfindən verilən məcburi tanınma olmadan (xam südün termiki emalı) 'Cheese Line' MMC (VÖEN 426520883, ünvan: Qardabani, Telethi kəndi), fərdi sahibkarlar A. S. (Qardabani, Telethi kəndi) və Z. M. (Qardabani, Telethi kəndi) fəaliyyət göstəriblər.

Biznes operatorları cərimələnib və onların istehsal prosesi dayandırılıb.

Qida Təhlükəsizliyi üzrə Milli Agentlik bir daha biznes operatorlarını vaxtında agentliyə müraciət edərək məcburi tanınma tələbi ilə çıxış etməyə çağırır”, - məlumatda deyilir.

ŞƏRH YAZ
1