Qardabanidə orta yaşlı qadın qətlə yetirilib
05.02.2026 19:36
838
Siyasət
A
Qardabanidə orta yaşlı qadın qətlə yetirilib

Qardabanidə ən ağır cinayət hadisəsi baş verib.

Aktual.ge-nin verdiyi xəbərə görə, bu gün günün ikinci yarısında rayonun özündə orta yaşlı qadın bıçaqlanıb. 

Hadisənin digər təfərrüatları bu mərhələdə məlum deyil.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Hadisə ilə əlaqədar Aktual.ge xəbər portalına Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq qəsdən adam öldürməni nəzərdə tutan 11-109-cu maddə ilə başlayıb.

Əldə edilən məlumata görə, cinayətdə şübhəli bilinən şəxs saxlanılıb.

ŞƏRH YAZ
7