Səhər saatlarında etiraza qalxan Candar sakinləri ilə merin görüşü olub - FOTO
10.02.2026 12:56
2796
Siyasət
A
Səhər saatlarında etiraza qalxan Candar sakinləri ilə merin görüşü olub - FOTO

Marneuli bələdiyyəsinin Candar qəsəbəsində stadion ərazisinin ətrafı sahibkar Fridon Naveriani tərəfindən öz adına rəsmiləşdirilməsinə cəhd edilməsi yerli sakinlərin kəskin etirazına səbəb olub.

Məsələ ilə əlaqədar bu gün səhər saatlarında Candar qəsəbəsində etiraz aksiyası keçirilib.

Hadisə yerinə gələn Marneuli meri Daur İsmayılov və bələdiyyənin aidiyyəti qurumlarının nümayəndələri yerli sakinlərlə görüşüblər.

Mer isə öz növbəsində əhaliyə söz verib ki, "Bu ərazi kiminsə şəxsi istifadəsinə verilməyəcək, gələcəkdə Candar sakinlərinin ümumi istifadəsinə veriləcək".

Qeyd edək ki, sözügedən ərazi 5222 kvadratmetr təşkil edir. 

Səhər saatlarında etiraza qalxan Candar sakinləri ilə merin görüşü olub - FOTO

ŞƏRH YAZ
3