Gürcüstanda miqrasiya məsələsi cəmiyyəti narahat edən mövzulardan biridir
13.02.2026 13:43
283
Siyasət
A
Gürcüstanda miqrasiya məsələsi cəmiyyəti narahat edən mövzulardan biridir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, miqrasiya məsələsi ölkədə geniş ictimai maraq doğuran və cəmiyyət tərəfindən ciddi diqqət yetiriləsi mövzudur.

Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, Avropada baş verən proseslər fonunda yaranan narahatlıq tam əsaslıdır və təqdir olunmalıdır. Baş nazir vurğulayıb ki, hər bir vətənpərvər gürcünün arzusu ölkənin milli və dini kimliyinin qorunmasıdır.

Baş nazirin açıqladığı ilkin məlumatlara görə, Gürcüstanın əhalisi 3 milyon 914 min nəfərdir. Onlardan maksimum 257 min nəfəri, yəni 6,6 faizi xarici vətəndaşlardır. Bu rəqəmə ölkədə qeyri-qanuni yaşayan miqrantlar da daxildir.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda yaşayan xaricilərin təxminən 70 faizi – yəni 180 min nəfər – postsovet və Avropa İttifaqı ölkələrinin, ABŞ və İsrailin vətəndaşlarıdır. Onlardan azı 40 min nəfəri Gürcüstanın keçmiş vətəndaşı və ya gürcü soyadlı şəxslərdir.

Ölkədə yaşayan xarici vətəndaşların 7,4 faizini Türkiyə, 3,7 faizini isə İran vətəndaşları təşkil edir. Baş nazir yayılan spekulyasiyaların əksinə olaraq, bu iki ölkənin vətəndaşlarının Gürcüstan əhalisində ümumi payının cəmi 0,7 faiz olduğunu bildirib.  Kobaxidze əlavə edib ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən demək olar ki, miqrant yoxdur.

ŞƏRH YAZ
6