Gürcüstan bu il 4 000-ə yaxın qanunsuz miqrantı ölkədən çıxarmağı planlaşdırır
13.02.2026 14:07
180
Siyasət
A
Gürcüstan bu il 4 000-ə yaxın qanunsuz miqrantı ölkədən çıxarmağı planlaşdırır

Gürcüstandan 2026-cı il ərzində 3500-4000 qanunsuz miqrant deportasiya ediləcək.

Aktual.ge xəbər verir ki, bu barədə daxili işlər naziri Geka Geladze bildirib.

Onun sözlərinə görə, miqrasiya problemi qlobal xarakter daşıyır və Gürcüstan da istisna deyil:

"Qanunsuz miqrasiyaya qarşı mübarizə bizim əsas prioritetlərimizdəndir. Son bir il ərzində 1300-dən çox qanunsuz miqrant ölkədən çıxarılıb. Bu da 2024-cü illə müqayisədə 207 faiz artım deməkdir. Əsas planlarımızdan biri bu il 3500–4000 qanunsuz miqrantın deportasiyasıdır. Düzgün alətlərdən və müxtəlif mexanizmlərdən istifadə etməklə buna mütləq nail olacağıq".

ŞƏRH YAZ
4