Marneulidə Xəlil Hüseynovun yubileyi və “Axtaracaq ellər məni” kitabının təqdimatı keçirilib - VİDEO
13.02.2026 14:49
242
Mədəniyyət
A
Marneulidə Xəlil Hüseynovun yubileyi və “Axtaracaq ellər məni” kitabının təqdimatı keçirilib - VİDEO

Marneulidə (12 fevral) Qızılhacılı kənd sakini, pedaqoq, ziyalı və qələm sahibi Xəlil Hüseynovun yubileyi və onun “Axtaracaq ellər məni” adlı kitabının təqdimat mərasimi keçirilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə ədəbiyyat, ictimaiyyət və media nümayəndələri, həmçinin Xəlil Hüseynovun dostları, yaxınları və oxucuları iştirak ediblər.

Tədbir çərçivəsində müəllifin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib, onun ictimai fəaliyyətindən, milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrdən söz açılıb. Çıxış edənlər Xəlil Hüseynovun yaradıcılığında vətənpərvərlik, insanlıq, el-obaya bağlılıq kimi mövzular xüsusi yer tutduğunu bildiriblər

Qeyd olunub ki, “Axtaracaq ellər məni” kitabı müəllifin duyğularını, həyat müşahidələrini və mənəvi dünyasını əks etdirən şeirlər toplusudur.

Tədbirin sonunda müəllif iştirakçılara təşəkkürünü bildirib.

ŞƏRH YAZ
8