Yaşı 6-dan çox olan avtomobillərin qeydiyyatı qadağan edilir | Bu nəqliyyat vasitələri istisnadır
13.02.2026 18:56
937
Maraqlı
A
Yaşı 6-dan çox olan avtomobillərin qeydiyyatı qadağan edilir | Bu nəqliyyat vasitələri istisnadır

Avtomobillərin idxalı, ilkin və müvəqqəti qeydiyyatına dair tətbiq edilən yeni tənzimləmə elektromobillərə şamil edilmir. 

Aktual.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlərin Qorunması Nazirliyi məlumat yayıb.

“Hökumət qərarına əsasən, 2026-cı il aprelin 1-dən etibarən Gürcüstanda yaşı 6 ildən artıq olan M1 kateqoriyalı minik avtomobillərinin həm ilkin, həm də müvəqqəti qeydiyyatı qadağan ediləcək.

M1 kateqoriyasına tam kütləsi 5 tondan artıq olmayan, sərnişinlərin daşınması üçün nəzərdə tutulan (sürücü yeri istisna olmaqla ən çoxu 8 oturacaq yeri olan) və onların baqajının daşınmasına xidmət edən avtomobillər daxildir. Konkret avtomobilin M1 kateqoriyasına uyğunluğunu müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Hüquqi Şəxs olan Publik Hüquq üzrə Xidmət Agentliyinə müraciət etmək mümkündür.

Müəyyən edilən məhdudiyyət elektromobillərə şamil olunmur və onların istehsal ilindən asılı olmayaraq qeydiyyatı mümkündür. Qadağa, həmçinin avtomobillərin idxalına o halda aid edilmir ki, idxalçı onları Gürcüstanda qeydiyyata almır, eləcə də re-eksport, tranzit və ixraca şamil edilmir.

Məhdudiyyət Gürcüstanda artıq qeydiyyatdan keçmiş avtomobillərə, həmçinin 2026-cı il aprelin 1-dək idxal olunmuş avtomobillərə şamil olunmur.

İstisna, həmçinin 2026-cı il aprelin 1-dək Gürcüstan istiqamətində daşınmasına başlanılmış avtomobillərə də tətbiq olunur. Dəniz daşımaları zamanı konosamentdə və ya daşıyıcı tərəfindən verilmiş müvafiq sənəddə avtomobilin göndərən limanda və ya gəmidə qəbul edildiyi və ya konteynerə yükləndiyi tarix kimi 2026-cı il aprelin 1-dən əvvəlki tarix göstərilməlidir. Avtomobil, dəmir yolu və ya öz hərəkəti ilə gətirilən nəqliyyat vasitələri üçün istisna yalnız o halda qüvvədə olacaq ki, avtomobil 2026-cı il iyulun 1-dən gec olmayaraq Gürcüstanın dövlət sərhədini keçsin və idxalçı daşınmanın 2026-cı il aprelin 1-dək başladığını təsdiqləyən sənədləri təqdim etsin.

Eyni zamanda qüvvədə qalır tələb ki, avtomobil 'Avro 5b' standartına cavab verməlidir və bu tələblə bağlı əlavə istisna nəzərdə tutulmur”, - məlumatda bildirilir.

ŞƏRH YAZ
11