Aksizsiz
14.02.2026 12:05
235
Kriminal
A
Aksizsiz "Beluga" satan Rusiya vətəndaşı yaxalanıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində aksiz markası olmadan alkoqollu məhsulun saxlanılması və satışı faktı üzrə Rusiya Federasiyası vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs maddi gəlir əldə etmək məqsədilə aksiz markasının vurulması məcburi olan 'Beluga' markalı alkoqollu içkini qanunsuz olaraq saxlayıb və realizə edib.

Təqsirləndirilən şəxs aksizsiz məhsulu satdığı anda saxlanılıb.

Hazırda cinayətdə mümkün iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və ifşa olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.

ŞƏRH YAZ
7