Azyaşlılar tərəfindən qrup halında oğurluq faktı - VİDEO
14.02.2026 12:12
407
Siyasət
A
Azyaşlılar tərəfindən qrup halında oğurluq faktı - VİDEO

Hüquq-mühafizə orqanları “Nikora-Trade” şirkətinin filiallarından birindən məhsul və pul oğurlayan üç azyaşlını saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər üç azyaşlı hakim qərarı əsasında saxlanılıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarəsinin əməkdaşları oğurluq və qrup halında törədilmiş soyğunçuluq ittihamı ilə 2010-cu il təvəllüdlü L.S., 2008-ci il təvəllüdlü M.X. və 2009-cu il təvəllüdlü D.Q.-nu saxlayıblar.

Saxlanılanlardan biri əvvəllər quldurluğa görə məhkum olunub və soyğunçuluq faktı üzrə ifşa edilib. Digər azyaşlı isə daha əvvəl oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən ifşa olunub.

İstintaqla müəyyən edilib ki, azyaşlılar əvvəlcədən razılaşaraq, qrup halında və qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən 'Nikora-Trade' şirkətinə məxsus filiallardan birindən müxtəlif dəyərdə məhsullar və pul vəsaiti oğurlayıb, hadisə yerindən qaçıblar.

Araşdırma zamanı həmçinin məlum olub ki, saxlanılanlardan biri Tbilisidə yerləşən 'Ori Nabiji' mağazalar şəbəkəsinin filiallarından birində qanunsuz olaraq 800 lariyə yaxın məbləği ələ keçirib.

Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarənin əməkdaşları tərəfindən 'isti izlərlə' həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hər üç azyaşlı hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci və 3-cü hissələri, həmçinin 177-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.

ŞƏRH YAZ
0