14.02.2026 23:41
397
Dünya
A
"Bu bilərəkdən hücum idi" | İlham Əliyev açıq danışdı

"Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik".

Aktual.ge xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib.

İlham Əliyev qeyd edib ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib: "Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub. Birinci hücuma gəldikdə elə bilirdik bu təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını vermişdik. Ondan əlavə iki hücum olub. Bu bilərəkdən olaraq Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumdur".

Azərbaycan Prezidenti xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib: "Yalnız diplomatik formatda addımlar atdıq. Əlavə hər hansı iş görə bilmərik".

ŞƏRH YAZ
7