Batumidə GFC üzrə ("Georgian Fighting Championship") və "Grand Bellagio Championship" turniri keçirilib.
Aktual.ge xəbər verir ki, bu çempionatda gecənin ən maraqlı görüşü Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Telavi şəhərinin Qaracalar sakini Alim Nəbiyev ilə braziliyalı Jaime Souza arasında olub. Bu görüş iştirakçılara həyəcanlı anlar yaşadıb. Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək qalib gəlib. Hakimlərin yekdil qərarı ilə Alim Nəbiyev qarşılaşmanın qalibi elan olunub.
Qeyd edək ki, bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub.
Xatırladaq ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Slovakiya, İsrail, Braziliyadan idmançılar mübarizə aparıblar.

