Fövqəladə Halların İdarə Olunması Xidməti əhaliyə 16–17 fevral tarixlərində ehtiyatlı olmağı və Ortaçala SES körpüsündən Rustavi istiqamətində çay məcrasına bitişik ərazidə hərəkət etməkdən çəkinməyi tövsiyə edir.
Aktual.ge xəbər verir ki, bununla bağlı Fövqaladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Bildirilib ki, bu çağırış 31 yanvar tarixində Tbilisidə Kür çayında itkin düşmüş şəxsin axtarış-xilasetmə tədbirləri çərçivəsində Ortaçala SES körpüsündən Rustavi istiqamətində Kür çayının məcrasında su səviyyəsinin təbii göstəriciyə qədər süni şəkildə azaldılması ilə əlaqədardır. Bu isə qeyd olunan ərazidə su səviyyəsinin mərhələli şəkildə artmasına səbəb olacaq.
Məlumata görə, tədbirdə Fövqəladə Halların İdarə Olunması Xidmətinin 200-ə yaxın yanğınsöndürən-xilasedicisi iştirak edəcək. Həmçinin dalğıc qrupları, su nəqliyyat vasitələri və uçuş aparatları cəlb olunacaq.
“Məlumat vermək istəyirik ki, cari ilin 31 yanvar tarixində Tbilisidə Kür çayında itkin düşmüş şəxsin axtarış-xilasetmə tədbirləri çərçivəsində 16 və 17 fevral tarixlərində Ortaçala SES körpüsündən Rustavi istiqamətində Kür çayının məcrasında su səviyyəsinin təbii göstəriciyə qədər süni şəkildə azaldılması planlaşdırılır. Bu isə yuxarıda qeyd olunan ərazidə su səviyyəsinin mərhələli artımına səbəb olacaq.
Əhaliyə müraciət edirik ki, ehtiyatlı olsunlar və Ortaçala SES körpüsündən Rustavi istiqamətində məcraya bitişik ərazidə hərəkət etməkdən çəkinsinlər.
Tədbirdə Fövqəladə Halların İdarə Olunması Xidmətinin 200-ə yaxın yanğınsöndürən-xilasedicisi, eləcə də dalğıc qrupları, su vasitələri və uçuş aparatları iştirak edəcək”, - məlumatda qeyd olunub.