Nino Tsilosani: Debatlarda müxalifətin arqumenti olmadı
16.02.2026 11:10
129
Siyasət
A
Nino Tsilosani: Debatlarda müxalifətin arqumenti olmadı

Gürcüstan parlamenti sədrinin müavini Nino Tsilosani “İmedi” televiziya kanalında yayımlanan “Açıq efir – Debatlar” verilişində ali təhsil islahatı ilə bağlı keçirilən müzakirəyə münasibət bildirib.

Aktual.ge xəbər verir ki, Tsilosani sosial şəbəkədə yazıb ki, debatların yekunu olduqca aydındır – Baş nazirin ciddi baxışı və mühüm islahatı fonunda müxalifət tərəfindən heç bir arqument səsləndirilməyib.

Onun sözlərinə görə, məhz buna görə müxalifət debatlarda iştirak etmək istəmirdi, çünki onları “belə bir məğlubiyyətin” gözlədiyini anlayırdılar.

“Unutmayaq ki, orada təqdim olunan opponetlər onların ən “intellektual” resursu idi. Təsəvvür belə etmək istəmirəm ki, digərləri nə qədər aciz görünərdilər.

Sanki yalnız banner yelləməkdə və Konstitusiya maddələrinə istinad etməkdə güclüdürlər, özü də həmin maddələrin nə demək olduğunu anlamadan”, – deyə Tsilosani qeyd edib.

ŞƏRH YAZ
8