On bir ayın sultanı olan müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb. İslam dininin müqəddəs kitabı Qurani-Kərimdə oruc tutmağın hər bir müsəlman üçün vacib olduğu bildirilir. Ramazan ayında oruc tutmaq insanlara səbirli olmağı və nəfslərini tərbiyə etməyi öyrədir. Orucun tibbi cəhətdən də bir sıra faydaları var. Belə ki, il boyu fasiləsiz çalışan mədə və həzm sistemi gün ərzində istirahət imkanı əldə edir.
Oruc tutmağın tarixi çox qədimdir. Allah Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Sizdən öncəkilərə vacib olduğu kimi, sizə də oruc vacib oldu”.
Ramazan ayı ilə bağlı Aktual.ge-yə danışan Marneuli Mərkəzi Məscidinin axundu, imam-cümə Hacı Hacıyev müqəddəs ayın başlama tarixinin bu mərhələdə məlum olmadığını söyləyib, lakin 19 fevral tarixini ehtimal verib.
Daha ətraflı video xəbəri təqdim edirik: