İrakli Kirtsxalia: Söz azadlığı ilə ekstremizm arasında sərhəd çəkilir
17.02.2026 11:16
151
Siyasət
A
İrakli Kirtsxalia: Söz azadlığı ilə ekstremizm arasında sərhəd çəkilir

“Konstitusiya quruluşuna qarşı ekstremizm” adlı qanun layihəsi söz azadlığı ilə ekstremist hərəkətlər arasında sərhəd müəyyən edir.

Aktual.ge xəbər verir ki, bu sözləri Parlament çoxluğunun lideri İrakli Kirtsxalia deyib.

Onun sözlərinə görə, birbaşa efirlərdə də qeydə alınan sistemli cinayətlər və açıq çağırışlar müvafiq və sərt hüquqi reaksiya ilə qarşılanacaq.

“Bu həftə parlament qrantlarla bağlı qanunvericilik təşəbbüsünü müzakirə edəcək. O cümlədən, konstitusiya quruluşuna qarşı ekstremizm cinayət məsuliyyəti yaradan əməl kimi müəyyən edilir və bununla söz azadlığı ilə son illərdə şahidi olduğumuz ekstremizm arasında aydın xətt çəkiləcək. Cinayət 400-dən 600 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Təşəbbüs edilən və Gürcüstanın qanunvericilik məkanında yer alan hər bir qanun bütün dünyada mövcud olan ciddi çağırışlar fonunda ölkəmizin təhlükəsizliyinə xidmət edir. Cəmiyyətimizin müdrikliyi olmasaydı, dövlət institutlarına və ölkəmizə nə vəd edildiyini və nələrin planlaşdırıldığını bilirik. Buna görə də, sistemli cinayətlərə, sistemli çağırışlara və sonradan birbaşa efirlərdə dəfələrlə şahidi olduğumuz hərəkətlərə qanunvericiliyimiz çərçivəsində müvafiq və ən sərt cavab veriləcək”, - deyə o, qeyd edib.

Qrantlarla bağlı qanunvericiliyə dəyişikliklərin nə üçün zəruri olduğu sualına cavab olaraq İrakli Kirtsxalia qeyd edib ki, ölkənin suverenliyinin və təhlükəsizliyinin qorunmasına yönəlmiş istənilən addım dəstəklənəcək.

“Ölkəmizin suverenliyinin və təhlükəsizliyinin qorunmasına yönəlmiş hər hansı qanun dəstəklənəcək və biz kollektiv Qigauri və Lomjariyanın öz havadarları ilə birlikdə ölkəmizə çirkli pulları hansı yollarla gətirməyə çalışdıqları bütün boşluqları bağlayacağıq”, - deyə fraksiya sədri vurğulayıb.

ŞƏRH YAZ
8