Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin baş müstəntiqi dələduzluq ittihamı ilə saxlanılıb.
Aktual.ge xəbər verir ki, 37 yaşlı şəxs Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi əməkdaşları tərəfindən tutulub.
Qurumun yaydığı məlumata görə, adı açıqlanmayan baş müstəntiq Tbilisidə yaşayan xarici ölkə vətəndaşını aldadaraq, onun tanışı olan digər bir xarici vətəndaşın guya Gürcüstan ərazisinə gətirilməsi müqabilində 3 000 ABŞ dolları tələb edib. O, bu məbləğin 500 dollarını əvvəlcədən alıb.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində G.S. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə aparılır. Sözügedən maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.