Kür Tədris və İnkişaf Mərkəzində növbəti sınaq imtahanı keçirilib
17.02.2026 16:50
564
Siyasət
A
Kür Tədris və İnkişaf Mərkəzində növbəti sınaq imtahanı keçirilib

Kür Tədris və İnkişaf Mərkəzi tərəfindən abituriyentlər üçün təşkil olunan növbəti sınaq imtahanı uğurla baş tutub.

Aktual.ge xəbər verir ki, tədris keyfiyyətinin və şagirdlərin bilik səviyyəsinin yoxlanılmasına xidmət edən imtahanda 200-ə yaxın abituriyent iştirak edib. İştirakçılar müxtəlif fənlər üzrə bilik və bacarıqlarını sınamaq imkanı əldə ediblər.

Nəticələrə əsasən ən yüksək bal toplayaraq ilk beşlikdə qərarlaşan şagirdlər bunlardır:

I yer – Nərmin Həsənova – 63 bal;
II yer – Turan Yusibov – 59 bal;
III yer – Bahar Əhmədova – 55 bal;
IV yer – Aydın Həsənov – 54 bal;
V yer – Sabir Xıdıri – 51 bal;
V yer – Nəzrin Yusibova – 51 bal.

Mərkəz tərəfindən bildirilib ki, bu cür sınaq imtahanları abituriyentlərin real imtahan mühitinə uyğunlaşmasına, zəif və güclü tərəflərini müəyyənləşdirməsinə və yekun imtahanlara daha hazırlıqlı şəkildə qatılmasına mühüm töhfə verir.

Qalib şagirdlər təbrik olunub, bütün iştirakçılara isə gələcək imtahanlarda uğurlar arzulanıb.

ŞƏRH YAZ
7