Nazir az əvvəl açıqladı: Son iki sutkada 100-ə yaxın şəxs saxlanılıb - VİDEO
18.02.2026 11:33
616
Kriminal
A
Nazir az əvvəl açıqladı: Son iki sutkada 100-ə yaxın şəxs saxlanılıb - VİDEO

Nazir az əvvəl açıqladı: Son iki sutkada 100-ə yaxın şəxs saxlanılıb - VİDEO

Yalnız son 48 saat ərzində Tbilisi və bölgələrdə mütəşəkkil cinayətkarlıqla əlaqəli 97 nəfəri saxlamışıq. Onlardan 81 nəfəri narkotik satışı və narkotik cinayət sxemində iştirak edib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Qela Qeladze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

“Yalnız son 48 saat ərzində Tbilisi və bölgələrdə mütəşəkkil cinayətkarlıqla əlaqəli 97 nəfəri saxlamışıq. Onlardan 81 nəfəri narkotik satışı və narkotik cinayət sxemində iştirak edib. Müxtəlif növ narkotik vasitələrin xüsusilə külli miqdarı müsadirə olunub. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Narkotik satışı ilə məşğul olan şəxslər vətəndaşlara narkotikləri müxtəlif üsul və metodlarla realizə edirdilər. O cümlədən internet tətbiqlərindən, ‘əldən-ələ ötürmə’ üsulundan və narkotiklərin müəyyən yerlərdə gizlədilərək yerləşdirilməsi metodundan istifadə edirdilər.

Əməkdaşlarımız narkotik satıcılarının ifşası məqsədilə bir neçə dəfə nəzarətli alış həyata keçirib və həmin alışların gizli audio-video çəkilişini aparıblar. Bu da saxlanılan şəxslərin cinayət əməlini təsdiqləyir”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, saxlanılanlar arasında Latviya vətəndaşı da var. O, əməliyyat məlumatı əsasında Tbilisi Beynəlxalq Havalimanında saxlanılıb.

“Şəxs Gürcüstana xüsusilə külli miqdarda – yarım kiloqramdan artıq ‘kokain’ gətirməyə cəhd edirdi. Bundan əlavə, polis əməkdaşları əməliyyat məlumatı əsasında Tbilisidə yaşayış mənzillərindən birində narkolaboratoriya aşkar ediblər. Orada narkotik vasitələr kustar üsulla hazırlanırdı. İranın 2 vətəndaşı saxlanılıb və xüsusilə külli miqdarda – yarım kiloqrama yaxın ‘metamfetamin’ müsadirə olunub”, - deyə Qela Qeladze qeyd edib.

ŞƏRH YAZ
1