Jurnalist Eliso Kiladzenin saxlanılma səbəbi açıqlanıb
18.02.2026 12:05
292
Siyasət
A
Jurnalist Eliso Kiladzenin saxlanılma səbəbi açıqlanıb

Gürcüstan Baş Prokurorluğu səs-küylü cinayət işi ilə bağlı detalları açıqlayıb.

Aktual.ge xəbər verir ki, jurnalist Eliso Kiladze mütəşəkkil cinayətkar qrupun tərkibində dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb.

İstintaqın məlumatına görə, 2020–2023-cü illərdə Gürcüstanın sabiq baş prokuroru Otar Partskhaladzenin himayəsi altında genişmiqyaslı “koll-mərkəz” şəbəkəsi fəaliyyət göstərib.

Bildirilir ki, qrup üzvləri 200-dən çox xarici ölkə vətəndaşını aldadaraq onlara məxsus milyonlarla dollar dəyərində kriptovalyutanı ələ keçiriblər.

Prokurorluğun iddiasına əsasən, Eliso Kiladze bu fəaliyyəti media vasitəsilə “qanuniləşdirir”, eyni zamanda rəqib “koll-mərkəzləri” ifşa və şantaj edərək onları öz tərəflərinə çəkməyə çalışırdı.

İş üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət təqibi başlanılıb. Otar Partskhaladze barəsində isə qiyabi ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyir.

ŞƏRH YAZ
8