Xəbərdarlıq edildi - Gürcüstanda qar və fırtına gözlənilir
18.11.2020 17:29
1724
Maraqlı
A
Xəbərdarlıq edildi - Gürcüstanda qar və fırtına gözlənilir
19-20 noyabr tarixlərində Gürcüstanın şərqində soyuq və nəmli hava kütlələrinin və güclü yağış yağması gözlənilir. Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, aran rayonlarında yağış və qar, dağlıq ərazilərdə qar yağacağı, düzənliklərdə duman eləcə də çovğun olacağı gözlənilir. "Qara dəniz sahillərində, Kolxeti ovalığında, İmereti və Qori-Surami bölgəsində güclü külək əsəcək",-deyə məlumatda bildirilir.
ŞƏRH YAZ
2