Tbilisi meri hərbi əməliyyatlar səbəbindən bu ölkədən Gürcüstana qayıda bilmir
02.03.2026 13:21
538
Maraqlı
A
Tbilisi meri hərbi əməliyyatlar səbəbindən bu ölkədən Gürcüstana qayıda bilmir

Paytaxt Tbilisinin meri Kaxa Kaladzenin hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə olduğunu açıqlanıb.

Aktual.ge xəbər verir ki, Kaxa Kaladze həftəsonu Əbu-Dabidə səfərdə olub.

"Tbilisi meri həftəsonu Əbu-Dabidə idi. Mövcud vəziyyətlə əlaqədar olaraq o, hələlik təyyarə ilə uça bilmir", – deyə Tbilisi meriyasından bildirilib.

Qeyd edək ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir. İran ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyi iddia olunan obyektlərinə də zərbələr endirir. Bununla əlaqədar regionda hava məkanı bağlanıb.

ŞƏRH YAZ
2