Siyasi meydan alovlanır | 8 Müxalif qüvvə birləşdi
02.03.2026 21:43
457
Siyasət
A
Siyasi meydan alovlanır | 8 Müxalif qüvvə birləşdi

Gürcüstanda müxalifət partiyaları “Müxalifət Alyansı” adlı birlik yaradıb.

Aktual.ge xəbər verir ki, "Müxalifət Alyansı" birgə bəyanatda yayıb.

Sənəddə qeyd olunur ki, razılaşmanın məqsədi Bidzina İvanişvilinin “avtoritar rejiminə” son qoymaq, Gürcüstanın Avro-Atlantik kursunu bərpa etmək, demokratik idarəetməni, təhlükəsizliyi və vətəndaşların rifahını təmin etməkdir.

Bəyanatda deyilir ki, alyans bir neçə əsas prinsipə əsaslanır. Onlardan biri “vahidlik, lakin eyniləşmə olmadan” prinsipidir. Bu prinsip alyansa daxil olan partiyaların öz ideoloji kimliklərini qorumasını, eyni zamanda vahid etiraz fəaliyyəti və kommunikasiya strategiyası ilə çıxış etməsini nəzərdə tutur.

“Bu gün Gürcüstanın demokratik müxalif partiyalarının alyansı olaraq biz ümumi strategiya və birgə fəaliyyət qaydaları üzərində razılığa gəlirik və bəyan edirik ki, birgə səylərimizlə Gürcüstanı Bidzina İvanişvilinin avtoritar rejimindən azad edəcək, ölkənin Avro-Atlantik kursunu bərpa edəcək, demokratik idarəetməni, ölkənin təhlükəsizliyini və gürcü xalqının rifahını təmin edəcəyik. 

Razılaşmamız aşağıdakı prinsiplərə əsaslanır:

Vahidlik, lakin eyniləşmə olmadan: Alyansın təsisçi partiyaları ideoloji kimliklərini qoruyur, lakin vahid etiraz fəaliyyəti və kommunikasiya strategiyası üzərində razılaşırlar. Məqsədimiz həm ölkə daxilində gürcü xalqına, həm də ölkə xaricində Gürcüstanın müttəfiqlərinə göstərməkdir ki, biz İvanişvilinin oliqarxik və avtoritar rejiminin demokratik alternativiyik.

Demokratik alternativ: Partiyalar razılaşır ki, avtoritar rejimi yalnız vətəndaşların maraqlarına yönəlmiş demokratik alternativ məğlub edə bilər. Qərar qəbuletmə prosesində alyansın iştirakçıların bərabərliyi prinsipinə və xarici təsirlərdən azad iradə ifadəsinə əsaslanmasını vacib hesab edirik.

Siyasi və ictimai konsensus: Cəmiyyətin geniş iştirakı ilə böyük siyasi və ictimai razılaşmaya nail olmağı hədəfləyirik ki, azad və ədalətli seçkilər yolu ilə İvanişvili rejimini məğlub edək və zəruri islahatları həyata keçirəcək demokratik koalisiya hökuməti formalaşdıraq.

Razılaşmanın iştirakçısı olan partiyalar imza atan subyektlər arasında münasibətləri tənzimləyən və onların pozulmasına görə məsuliyyəti müəyyən edən davranış kodeksi üzərində razılığa gəlirlər.

Müxalifət Alyansı sona qədər mübarizə aparacaq – siyasi məhbuslar azad edilənədək və azad, ədalətli seçkilərdə qələbə qazanılanadək”, - deyə “Müxalifət Alyansı”nın bəyanatında deyilir.

“Müxalifət Alyansı” aşağıdakı müxalif qüvvələr arasında yaradılıb:

Dəyişikliklər üçün Koalisiya,

Vahid Milli Hərəkat,

Strategiya Ağmaşenebeli,

Federalistlər,

Milli-Demokrat Partiyası,

Avropalı Gürcüstan

Azadlıq Meydanı.

ŞƏRH YAZ
2