Ərdoğan müharibəyə qoşulmaq istəyən daha bir ölkəyə konkret çağırış etdi
03.03.2026 00:10
1489
Siyasət
A
Ərdoğan müharibəyə qoşulmaq istəyən daha bir ölkəyə konkret çağırış etdi

Almaniyanın İranla davam edən müharibəyə birbaşa qoşulmaq və ya müttəfiqlərinə hərbi dəstək göstərmək variantlarını dəyərləndirdiyi bir dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Friedrich Merz ilə telefon danışığı aparıb.

Aktual.ge xəbər verir ki, Türkiyə Prezidenti tərəflərin yenidən dialoq müstəvisinə qayıtmasının vacibliyini vurğulayaraq, bölgədə uzunmüddətli sabitliyin təmin olunması çağırışı edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, telefon görüşməsində İrana qarşı hücumlar və sonrasında yaranan münaqişəli proses müzakirə olunub.

Məlumatda qeyd edilib ki, Ərdoğan bölgədəki toqquşmaların həm regional, həm də qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini vurğulayıb. Ərdoğan, həmçinin davamlı sükunətin təmin edilməsi üçün sülh yönümlü təmasların artırılmasının və tərəflərin yenidən dialoq müstəvisinə qayıtmasının təşviq edilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, ABŞ–İsrail ilə İran arasında müharibə davam edərkən, Avropadan diqqətçəkən bir iddia gündəmə gəlib. "GLZRadio"nun Almaniya rəsmilərinə istinadən yaydığı xəbərə görə, Berlin rəhbərliyi İranla müharibəyə daxil olma ehtimalını dəyərləndirir. Yayılan iddialı xəbərə görə, Almaniyanın qarşısında iki fərqli ssenari var. Buna görə Berlin ya birbaşa hərbi şəkildə münaqişəyə qoşulacaq, ya da müttəfiqlərinə hərbi dəstək göstərəcək. Mümkün dəstək variantları arasında logistika yardımı, hərbi texnikanın təmin edilməsi, kəşfiyyat məlumatlarının paylaşılması və regional əməliyyatlara dəstək kimi istiqamətlərin yer aldığı qeyd olunub.

ŞƏRH YAZ
1