Qızılın qiyməti yenidən pikə yüksəldi
03.03.2026 06:07
249
İqtisadiyyat
A
Qızılın qiyməti yenidən pikə yüksəldi

Dünya birjalarında qızıl yenidən bahalaşır. Bir gün ərzində qiymətli metalın qiymət artımı təxminən 200 dollar təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə "GoldPrice" məlumat verib.

Məlumata görə, ötən gün günün birinci yarısında baş tutan ticarət nəticəsində, 1 unsiya qiymətli metalın dəyəri 5 406 dollar olub ki, bu da bir gün ərzində qiymətin 2,48% artması deməkdir. Dünən isə eyni vaxtda bir unsiyanın qiyməti 5 278 dollar idi.

Gümüşə gəlincə, hazırda 1 unsiyanın qiyməti 95,81 dollardır ki, bu da bir gün ərzində 2,24% bahalaşma deməkdir.

Gürcüstana gəlincə, 999 əyarlı qızılın 1 qramının qiyməti 462 lari, 750 əyarlı qızılın qiyməti 347 lari, 585 əyarlı qızılın qiyməti isə 270 lari təşkil edir.

Gümüşün qiymətinə gəlincə, 999 əyarlı gümüşün 1 qramı 8,52 lari, 800 əyarlı gümüşün 1 qramını isə 6,81 lariyə almaq mümkündür.

ŞƏRH YAZ
4