Kateqoriyalar
Bu gün, Gürcüstanda 3 Mart Analar Günü olaraq qeyd olunur.
Aktual.ge xəbər verir ki, ilk dəfə Gürcüstanda Analar Günü 1991-ci ildə Prezident Zviad Qamsaxurdiyanın qərarı ilə qeyd olunub.
Əvvəlcə bu günün 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əvəz edilməsi nəzərdə tutulurdu, lakin nəticədə Analar Günü ayrıca bayram olaraq saxlanıldı.
Analar Günü Gürcüstanda rəsmi qeyri-iş günüdür. Bu münasibətlə ölkədə bir çox ailə analarına xüsusi diqqət göstərir, onlara hədiyyələr təqdim edir və təbrik edir. Bundan əlavə, mətbuat və sosial şəbəkələrdə analara həsr olunmuş təbriklər paylaşılır.
Bu bayram Gürcüstanda anaların cəmiyyətdəki rolunu vurğulamaq, onların fədakarlıqlarını qeyd etmək və ailə bağlarını daha da möhkəmləndirmək məqsədi daşıyır.